26 yanvar 2012 19:50

Kəpəz qazaxlardan Qəbələnin qisasını 4 qolla aldı (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu Qazaxıstan təmsilçisi ilə qarşılaşıb.
 
Belə ki, komandamızın rəqibi "Atırau" klubu olub. Hansı ki, bu komanda bir neçə gün öncə “Qəbələ”yə qalib gəlmişdi – 2:1. Lakin gəncəlilər "Qəbələ"nin qisasını lazımınca alıblar. "Kəpəz"in 4 qoluna qazaxlar sadəcə 1 topla cavab verə biliblər.
 
"Kəpəz"in baş məşqçisi Fuad İsmayılov iki günlük məşq prosesinin ardından komandasını və baxışa dəvət olunan oyunçuları bu oyunda sınaqdan çıxarıb. Gəncəlilər bundan sonra daha iki yoxlama oyunu keçirməyi planlaşdırırlar.
 
Yoxlama oyunu
26 yanvar
 
Kəpəz – Atırau - 4:1 (2:0)
Qollar: Fomenko, 28 (1:0), Sultanov, 42 (2:0), Fomenko, 67 (3:0), Paşayev, 78 (4:0), Danilyuk, 85 (4:1).
 
Matç başladı
Yuri Fomenko hesabı açır - 1:0
Ceyhun Sultanov komandasının ikinci qoluna imza atır - 2:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Sultanovun cərimə zərbəsinə hamıdan daha tez çatan Fomenko təkrar zərbə ilə dublunu rəsmiləşdirir - 3:0
Pərvin Paşayev Sabir Allahquliyevin ötürməsini qolla tamamlayır - 4:0
Danilyuk qazaxların təsəlli qoluna imza atır - 4:1
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.