26 yanvar 2012 01:36
"Vaqif Cavadovun gəlişi məni heyətdən kənar qoya bilməz"
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarından, eləcə də Vaqif Cavadovun Ağdam klubuna dönüşündən danışıb. Gürcüstanlı futbolçu öncə bunları dilə gətirib:
“Hər gün forma yığmağa çalışırıq. Qarşıda hələ daha 10 günümüz var ki, yaxşı hazırlaşa bilək. Bu müddət ərzində çox şeyə nail olmaq olar. Bizim əsas hədəfimiz optimal forma toplamaqdı. Fikrimcə, biz buna qadirik. Əlbəttə, qələbə qazanmaq həmişə xoşdu. Amma təlim-məşq toplanışlarının gedişində bu, o qədər də vacib əhəmiyyət kəsb etmir”.

Adamiya etiraf edib ki, hazırda özü də ideal formasından çox uzaqdı. Amma gürcü legioner çempionatdakı qış fasiləsi başa çatana kimi hazır olacağına inandığını deyir:
“Mən də ideal formamdan uzağam. Bu, müəyyən mənada normaldı. Məncə, bütün futbolçular hələ öz fiziki kondisiyalarından uzaqdılar. İki həftəyə buna nail olmaq mümkünsüzdü. Yaxşı ki, toplanışımız o qədər çox böyük itkilər olmadan keçir. Bu müddətdə tam güclə məşq etmək lazımdı. Fevralda isə artıq təzə güclə meydana çıxmaq imkanımız olacaq”.

Adamiya Cavadovun komandaya qayıdışına da toxunub. O, bildirib ki, Vaqifin dönüşü ilə əsas heyətə düşməklə bağlı problemlə üzləşəcəyini düşünmür:
“Düşünmürəm ki, Vaqif Cavadovun komandamıza gəlişi məni heyətdən kənar qoya bilər. Biz onunla dostuq. Onun gəlişi sadəcə komandamızın güclənməsinə kömək edəcək. Kimin oyanayacağını isə zaman göstərəcək”.