26 yanvar 2012 13:47
AFFA və TFF-dən fərqli açıqlama
Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığmaları arasında fevralın 1-də və 3-də Antalyada iki yoxlama matçı keçirilməlidi. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yaymışdı.
Lakin Türkiyə Futbol Federasiyası fərqli məlumat yayıb. Belə ki, qardaş ölkədə U-17 yığması azərbaycanlı həmkarları ilə oyunlara hazırlaşır. Artıq Türkiyənin 17 yaşlılardan ibarət yığması bu oyunlar üçün heyətini də açıqlayıb.
Baş məşqçi Hakan Tecimer aşağıdakı futbolçulara dəvət göndərib:
Atabey Çiçek, Yasin Davuş, Mustafa Ersel Şenol, Haydar Deniz, İrfan Can Kahveci (Gençlerbirliği), Okan Kocuk, Ozan Tufan, Furkan Soyalp (Bursaspor), Emre Aydın, Muhammet Mahmut Emir, Rahman Buğra Çağıran (Trabzonspor), Aytürk Tekden (Antalyaspor), Ümit Karaal (Beşiktaş), Uygar Mert Zeybek (Fenerbahçe), Murat Demir (Manisaspor), Taylan Antalyalı, Hasan Karakaş, Onur Yılmaz (Bucaspor), Zahid Kaya (Göztepe), Emre Akdağ (Konyaspor), Yavuz Koç (Beypazarı Şekerspor), İbrahim Devrilen (Nürnberg), Özgür Özdemir (Eintracht Frankfurt), Fatih Eren (Metz), Selim Kayacı (Sent Etienne).
