26 yanvar 2012 14:09
Qarabağ Cavadova görə AFFA-ya müraciət etməyə hazırlaşır
Məlum olduğu kimi, AFFA İntizam Komitəsi “Qarabağ”ın yeni transferi Vaqif Cavadovu 5 oyunluq cəzalandırıb. Azerisport.az xəbər verir ki, üstəlik Ağdam təmsilçisi onu transfer edən yerli klub olaraq, 5000 manat cərimə ödəməlidi.
Bu üzdən də Vaqifin köhnə-yeni komandasına yalnız çempionatın final mərhələsində kömək etməsi mümkün olacaq. Lakin “Qarabağ” rəhbərliyi bu qərardan apellyasiya vermək niyyətindədi.
Belə ki, klub rəhbərliyi tərəfindən AFFA Apellyasiya Komitəsinə müraciət olunacaq. 5 oyunluq cəzanın ləğvi və ya yüngülləşdirilməsi variantı gündəmdədi.
