26 yanvar 2012 02:20
Afrika Millətlər Kuboku: Seneqaldan növbəti məğlubiyyət və ilk heç-heçə
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin beşinci oyun günündə daha iki görüş baş tutub.
A qrupunda ikinci turun oyunları çərçivəsində Liviya Zambiya ilə üz-üzə gəlib. İlk oyununda Seneqalı məğlub etmiş zambiyalılar bu dəfə xal itiriblər. Belə ki, tərəflər meydandan sülhlə ayrılıblar. Nəticədə, Afrika Millətlər Kubokunun bu mövsümündə ilk heç-heçə qeydə alınıb.
Qrupun digər oyununda isə turnirə qələbə ilə başlayan meydan sahibi Ekvatorial Qvineya Seneqalla görüşüb. İlk oyununda xalsız qalan seneqallılar bu dəfə də məğlubiyyətdən qaça bilməyiblər. Beləcə, meydan sahibləri qrup liderliyini ələ keçiriblər.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
A qrupu
25 yanvar
Liviya - Zambiya – 2:2
Qollar: A.S.Osman, 5; 47 – Mayuka, 29, Katonqo, 54.
Ekvatorial Qvineya – Seneqal – 2:1
Qollar: Randi, 62, Alvares, 90 – Sou, 89.
|
1
|
Ekvatorial Qvineya
|
2
|
2
|
0
|
0
|
3 - 1
|
2
|
6
|
|
2
|
Zambiya
|
2
|
1
|
1
|
0
|
4 - 3
|
1
|
4
|
|
3
|
Liviya
|
2
|
0
|
1
|
1
|
2 - 3
|
-1
|
1
|
|
4
|
Seneqal
|
2
|
0
|
0
|
2
|
2 - 4
|
-2
|
0
|
Bu gecə B qrupu çərçivəsində Sudan Anqola, Fil Dişi Sahili isə Burkina Fasoyla münasibətlərinə aydınlıq gətirəcək.
