26 yanvar 2012 14:38
Superliqa klubunda yeni baş məşqçi (FOTO)
Futbol üzrə Türkiyə Superliqasında çıxış edən “Manisaspor”un yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, dünən istefa verən Kemal Özdeşin əvəzləyicisi artıq məlumdu.
Belə ki, Manisa təmsilçisini bundan sonra Ümit Özat çalışdıracaq. Ege klubu bununla bağlı rəsmi bəyanat da yayıb.
Məlumatda bildirilir ki, yeni baş məşçqçi Ümit Özatla mövsümün sonunadək müqavilə imzalanıb. O, bu gündən etibarən yeni komandasını məşqlərə çıxaracaq.
Qeyd edək ki, son 10 matçında qələbəyə həsrət qalan "Manisaspor"un sabiq baş məşqçisi Özdeş son turun "Samsunspor"la ev oyunundakı heç-heçədən (1:1) gözlənilmədən istefa vermişdi. Komanda hazırda 26 xalla 13-cü pillədə qərarlaşıb.
