26 yanvar 2012 02:46
“Qarabağ Avstriya çempionatında çıxış edə bilərdi”
Avstriyanın “Rid” klubunun baş məşqçisi Paul Qludovaç “Qarabağ”a qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandamız üzərində qazandıqları 3:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Biz bu oyundan əvvəl də bir neçə sınaq matçı keçirmişdik. Ona görə bu gün daha yaxşı oynadıq. Fikrimcə, bu görüş həm komdandamızın, həm də rəqib kollektivin xeyrinə işləyəcək. Deyərdim ki, “Qarabağ” çox yaxşı, texnikalı komandadı. Futbolçuları bir-birini çox yaxşı başa düşürlər və ötürmələrlə əla oynayırlar. Amma daha çox texnikalarını vurğulamaq istərdim. Düzdü, biz qələbə qazandıq. Lakin ilk yarıdan sonra məğlub durumdaydıq. Fikrimcə, “Qarabağ” Avstriya çempionatında uğurlu çıxış edə bilərdi”.