26 yanvar 2012 14:58
Turan AFFA və PFL-ə müraciət etdi
“Turan” klubu bu gün AFFA və PFL-ə məktub ünvanlayacaq. Azerisport.az saytına müsahibəsində bu barədə Tovuz klubunun prezidenti Musa Süleymanov məlumat verib.
Onun sözlərinə görə, məktubda komandadakı hazırkı problemlər göstərilib: “Bizim çempionatdakı çıxışımızı davam etdirmək üçün pulumuz yoxdu. Ona görə də istəyirik ki, bundan hamının xəbəri olsun. Biz artıq Premyer Liqada iştirak edə bilmərik. Əgər kimsə Tovuzda böyük futbolun yaşamasını istəyirsə, qoy gəlib kömək etsin”.
Qeyd edək ki, maliyyə problemləri içində olan "Turan"ın Premyer Liqadakı aqibətinin necə olacağı bilinmir. Tovuz rayon icra hakimiyyətinin kluba dəstək verəcəyi barədə məlumatlar yayılsa da, görünür bu, həqiqəti əks etdirmir.
