26 yanvar 2012 03:08

“Mövsüm öncəsi heç kim bu klubdan belə nəticə və gözəl oyun gözləmirdi”

Azerisport.az sizi “Rəvan”nın yeni transferi Vüsal Qarayevin klubun saytına verdiyi müsahibə ilə tanış edir.
 
- İlk öncə səni təbrik edirik. “Rəvan”da sənə uğurlar arzulayırıq. Kluba keçidin barədə məlumat verərdin...
- Çox sağ olun. Bu komandaya keçməyimə görə şadam. AZAL ilə müqaviləm dekabrda bitmişdi və mən azad agent statusu əldə etmişdim. “Rəvan” tərəfindən təklifi eşidən kimi bu komandaya keçməyi qərara aldım. Hal–hazırda klubla 1 illik müqavilə imzalamışam.
 
- Yeni kluba keçid, yeni mühitə keçid deməkdi. Komandaya uyğunlaşma ilə bir problemin olmadı ki?
- Düzünü desəm klubdakı oyunçuların və məşqçi heyətinin əksəriyyəti ilə çoxdan tanışam. Ona görədə komandaya uyğunlaşma çox rahat şəkildə oldu. Yalnız legioner futbolçuları tanımırdım ki, məşqlərdə artıq bütün komanda yoldaşlarım ilə yaxşı münasibətim var.
 
- “Rəvan” çempionatda debütantdı, ümumiyyətlə klubun çıxışlarını izləyirdin?
- “Rəvan” bu ilki çempionatda ən baxımlı futbol oynayan klublardandı. Çempionat başlayanda heç kim bu klubdan belə nəticələr və gözəl oyun gözləmirdi. Elə keçidimin əsas səbəbindən biri də bu klubun oyun üslubu və klubun çox böyük potensiala malik olmasıdı. Mən də burda bir futbolçu kimi inkişaf edə biləcəyimi düşünürəm.
 
- Artıq komandada 1 yoxlama görüşü keçirmisən və 2 qol vurmusan. Bu barədə ətraflı məlumat verə bilərsənmi?
- Bəli, artıq yeni komandamda qol hesabımı açmışam, 24 yanvar tarixdə Salyan şəhərində təlim-məşq toplanışı çərçivəsində “Muğan” klubu ilə yoldaşlıq oyunu keçirdik. Həmin oyuna məşqçi məni hücumçu kimi oyuna salmışdı. 6:2 hesabı ilə qalib gəldik və mən 2 dəfə fərqləndim. Əsasən sağ yarımmüdafiəçi qismində oynayıram. Lakin “Turan” və “Qəbələ” klublarında sırf hücumçu kimi çıxış etmışəm. Onə görə də mən bu mövqedə çıxış etmək mənə yad deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.