26 yanvar 2012 15:24
Sumqayıt sabah daha bir Almaniya klubu ilə qarşılaşacaq
“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda qonşu ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq.
Bernard Raabın komandası Almaniyanın “Dinamo” (Drezden) klubunun əvəzediciləri ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 17:00-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.
Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paderborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.
