26 yanvar 2012 15:58
Marko Şarliya: Artıq indidən Neftçi ilə oyunu düşünürük
“Bakı”nın qapıçısı Marko Şarliya azerisport.az saytına müsahibəsində komandasının hazırlığını dəyərləndirib, eləcə də çempionluq şanslarından danışıb.
- Türkiyə toplanışı necə gedir?
- Yüklənmə çoxdu. Xüsusilə ilk toplanış zamanı fiziki hazırlığa daha çox üstünlük verilirdi. Belekdə yaxşı hazırlıq üçün hər cür şərait var. Fikrimcə, bu hazırlıqlar çempionatda uğurlu çıxış etməyimizə yardımçı olacaq. Yorğunluq artıq geridə qalıb. Təsnifat mərhələsinin qalan dörd oyununda da qələbə qazanıb, ilk altılıqda qalmaq istəyirik.
- “AZ Alkmaar”la oyun barədə nə deyərdiz?
- Bu, heç də adi komanda deyildi. Eyni zamanda biz o vaxt yenicə hazırlıqlara start vermişdik. Rəqibimiz isə əla oyun sərgiləyib, layiqli qələbə qazandı. Bu komanda bizdən sonra Hollandiya çempionatında “Ajax”ı da 3:2 hesabıyla məğlub etdi. Bunun özü də hər şeyi deyir. Yaxşı oynasaq da, çoxlu səhvlərə yol verdik.

- Amma Almaniya “İngolstadt”ına da böyük hesabla məğlub oldunuz...
- Mənə elə gəlir ki, biz onda ciddi yüklənmə olduğu üçün öz oyunumuzu göstərə bilmədik. Elə oynamaq olmaz. Düzdü, bu iki oyundakı darmadağına görə çox məyus olduq. Almanlara da qol vurmaq olardı.
- Bu, komandanın hələ də hazır olmadığının göstəricisidi?
- Bizim üçün bütün oyunlar vacibdi. Toplanış ərəfəsində də baş məşqçi bildirdi ki, bütün oyunlarda qələbə üçün döyüşmək lazımdı. Biz o oyunlarda da qələbə qazanmaq istəyirdik. Amma bizim üçün əsas Azərbaycan çempionatının oyunlarıdı. Həmin oyunlarda qələbə qazanmaq daha vacibdi.
- Hücumçularınızın heç də yaxşı formada olmaması sizə bu yolda çətinlik yaratmayacaqmı?
- “Bakı”da hər kəs qələbə haqda düşünür. Əgər forvardlar qol vura bilmirlərsə, bu, hamımızın günahıdı. Fikrimcə, bu və digər probemləri hazırkı toplanışın gedişində yoluna qoyacağıq. Biz artıq öz səhvlərimizi bilirik. Onların həllinə çalışırıq. Rəhbərlik də çoxlu pul xərclədiyindən, indi nəticə tələb edir.

- Fevraldakı ilk oyununuz lider “Neftçi”yə qarsıdı...
- Biz artıq indidən bu oyunu düşünürük. Çempiona qarşı oynamaq böyük motivasiyadı. Əgər “Neftçi”ni uda bilsək, digər problemlərimiz də yoluna düşmüş olar. Biz bu mövsüm mütləq avrokuboklara vəsiqə qazanmalıyıq.