26 yanvar 2012 16:31
Qarabağ öncə həndbol, sonra mini-futbol oynadı
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən “Rid”lə qarşılaşan komandanın proqramında bu gün tək məşq vardı.
Məşq yerli vaxtla 11:00-da baş tutub. Dünəndən davam edən qeyri-sabit hava şəraiti komandanı otelin ərazisində yerləşən balaca meydançada məşq etməyə məcbur edin. Dənizin kənarında baş tutan çalışma daha çox rahatlaşdırıcı funksiya yerinə yetirin. İsinmə hərəkətlərinin ardından futbolçular qeyri-standard topla həndbol oynayıblar. Sonra 2 qrupa bölünərək mini-futbol oynayıblar.
Xatırladaq ki, sabah “Qarabağ” 18:30-da Rumıniyanın “Vaslui” komandasıyla qarşılaşacaq.
