26 yanvar 2012 20:01

“Nə olursa olsun, biz hədəfimizə mütləq çatacağıq”

Azerisport.az sizi “Bakı”nın və Sierra Leone millisinin müdafiəçisi İbrahim Karqbonun müsahibəsi ilə tanış edir.
 
- Premyer Liqanın ikinci dövrəsinə Antalyada hazırlaşırsınız. Türkiyədəki birinci toplanışdan sonra özünüzü necə hiss edirsiniz?
- Əsasən fiziki baxımdan xeyli “artırmışıq”. Hazırlığın bu mərhələsi əsasən buna həsr edilmişdi.
 
- İkincı hazırlıq prossesi başlayıb. Komandanızda vəziyyət necədi?
- Bildiyiniz kimi qış fasiləsində komandamızda köklü dəyişikliklər baş verib. Birdən-birə 12 futbolçunun komandadan ayrılması və onların yerinə gələnlərin uyğunlaşması çox ağır bir prossesdi. Buna baxmayaraq baş məşqçimiz Aleksandr Starkovun bu vəzifənin öhdəsindən məharətlə gələcəyinə ümid edirəm.
 
- Hazırda komandanızın heyətində bir neçə gənc futbolçular çıxış edir. Onlarla birgə klub rəhbərliyinin qarşıya qoyduğu məqsədə çatmaq çətin olmayacaq ki?
- İstənilən halda qarşıya qoyulan vəzifəyə çatmaq asan deyil. Təcrübəli futbolçuların çoxluğu əlavə üstünlükdü. Buna baxmayaraq, klubun öz siyasəti var. Burada yerli futbolçuların yetişdirilməsinə də ciddi önəm verilir. Ona görə də heyətdə bir neçə gənc futbolçu yer alır. İnanıram ki, çempionatın sonunda bu gənclərlə birgə hansısa nailiyyət qazanacağıq.
 
- İstər yoldaşlıq, istətrsə də çempionat oyunlarında “Bakı” uğurlu çıxış edə bilmir…
- Məncə bunlar hamısı keçmişdə qalıb. Biz yalnız gələcək barədə düşünürük. Heyətimiz yenilənib. Çətin də olsa, bizim əlavə vaxtımız yoxdu. Yoldaşlıq oyunlarındakı nəticələr isə nisbidi. Onu da unutmaq lazım deyil ki, rəqiblərimiz çox güclü klublardı. Buna baxmayaraq, komandanın hansı gücdə olduğu barədə fakir yürütmək düzgün deyil. Biz Almaniya II divizion klubuna uduzduq. Burada qeyri-adi heç nə yoxdu. Hollandiya çempionatının lideri “Alkmaar”la oyunda da şanslar qeyri bərabər idi.
 
- Yeri gəlmişkən, həmin “Alkmar”a ötən illərdə çıxış etdiyin Hollandiya liqasında dəfələrlə oynamısınız…
- Bu komanda barədə yetərli qədər məlumatlı idik. Çox güclü heyətə malik klubdu. Orada bir neçə dostum oynayır. Hollandiya millisinin bir neçə futbolçusu bu klubda top qovur. Hollandiya isə FİFA reytinqində 2-ci yerdədi. Özünüz başa düşdünüz də, necə klubla oynamışıq.
 
- Hər halda 5 top buraxmağınız təəccüblü idi…
- Yenə deyirəm, yoldaşlıq görüşlərindəki nəticələr nisbidi. Komandamız ikinci hazırlıq mərhələsinə qədəm qoyub. “Bakı” mükafatlar üçün iddialıdı. Öz gücümüzü çempionatda göstərəcəyik.
 
- Rəqibləriniz “Xəzər Lənkəran”dan savayı, “İnter” və “Neftçi”də elə də ciddi dəyişiklik olmayıb. Bu rəqiblərlə müqaisədə komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
 - Obyektiv olsaq deməliyəm ki vəziyyətimiz elə də yaxşı deyil. Çempionatda 6-cı pillədəyik. Kubokda isə yarışa davam edirik. Heyətimizdə çox dəyişikliklər olub. Bir dövrə ərzində 12 oyunçunun gəlişi ilə çempion olmağımız çətin olacaq. Rəqiblərimizin heyəti demək olar sabitdi. Xüsusən də “Neftçi” çox güclüdü. Onların necə hazırlaşdığı, hansı futbolçuları alması bizi maraqlandırmır. Nə olursa olsun, biz hədəfimizə mütləq çatacağıq.
 
ibrahimkargbo.az

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.