26 yanvar 2012 17:58
Simurq qələbəni əldən verdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Simurq” bu gün qardaş ölkədə ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi bu dəfə Gürcüstan klubu ilə üz-üzə gəlib.
Sergey Yuranın yetirmələrinin rəqibi isə qonşu ölkə çempionu Kutaisi “Torpedo”su olub. Bakı vaxtı ilə saat 16:00-da başlayan matçda hesabı komandamız açıb. Lakin zaqatalalılar üstünlüyünü sona kimi qoruya bilməyiblər. Nəticədə, tərəflər meydandan sülhlə ayrılıblar.
Xatırladaq ki, "Simurq" Türkiyədəki ilk matçını Qazaxıstan klubu “Kaysar”a qarşı keçirmişdi və həmin oyunda da 1:1 hesablı bərabərliyə razılaşmışdı.
Yoxlama oyunu
26 yanvar
Simurq - Torpedo - 1:1 (0:0)
"Simurq"un start heyəti: Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Emin Cəfərquliyev, Ruslan Poladov, Daniel Genov, Vasili Yanutovski, Qərib İbrahimov, Nicat Qurbanov, Tofiq Mikayılov, Sergey Kovalenko.
Matç başladı
"Simurq" hesabı açmaq üçün yaxşı imkan qazansa da, dəyərləndirə bilmir
Kovalenko qol vurmaq şansını qaçırır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Tofiq Mikayılov 56-cı dəqiqədə hesabı açır - 1:0
76-cı dəqiqədə gürcülər hesabı bərabərləşdirirlər - 1:1
Matç başa çatdı
