26 yanvar 2012 12:42
Bakı 3 legionerlə müqavilə bağlamağa yaxındı
“Bakı” qış transfer dövründə 3 futbolçunun transferini həyata keçirmək üzrədi. Azerisport.az xəbər verir ki, bunlar Sloveniyanın “Domjale” klubunun mərkəz yarımmüdafiəçisi Lukaş Horvat, Xorvatiyanın “Rieka” klubunun mərkəz müdafiəçisi Duje Bakoviç, Serbiya yığmasının və “Srvena Zvezda” klubunun sabiq dayaq müdafiəçisi Nenad Kovaçeviçdi.
Horvat və Bakoviçlə artıq tam razılıq əldə olunub və onların paytaxt klubunda çıxış edəcəkləri dəqiqdi. Kovaçeviç isə hələlik komandanın düşərgəsində baxışdadı və böyük ehtimalla o da “Bakı”yla müqavilə bağlayacaq.
