26 yanvar 2012 00:51
Neftçi Türkiyədə qələbə qazandı
"Neftçi"nin əvəzediciləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri ötən gün ilk yoxlama matçını keçirib.
Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Moskva "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb. Görüş 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Yeganə qolu matçın 75-ci dəqiqəsində Emin Mehtiyev vurub.
Qeyd edək ki, yanvarın 19-dan hazırlıq prosesində olan "Neftçi" yanvarın 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.
