26 yanvar 2012 01:03
“İnter nizam-intizamla oynayan komandadı”
“İnter - “Konya Şəkərspor” qarşılaşmasından sonra Türkiyə klubunun baş məşqçisi Mustafa Çapanoğlu oyun barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis “bamkirlər”ə 2:3 hesablı yenilgilərini belə şərh edib:
“İlk hissə gözəl alındı. Hər iki komanda da texnika baxımından gözəl oyun sərgilədi. İkinci hissədə hər iki komandada dəyişiklik edildi. Matçda qapımıza 3-cü qol vurulduqdan sonra toparlandıq və matç bitənədək hər iki komanda mübarizə apardı. Hazırlıq matçı olmasına baxmayaraq, liqa matçı kimi istəkli oynadılar. Mənə görə hər iki komanda üçün yaxşı hazırlıq matçı oldu. “İnter” nizam-intizamla və istəklə oynayan komandadı. Bu komandaya uğurlar arzulayıram”.
