27 yanvar 2012 13:34
Bakının yeni transferi: Əsas odu ki, gözəl oyun sərgiləyə bildik
“Bakı”da baxışda olan və çox güman ki, komandada qalacaq argentinalı futbolçu Lukaş Mario Horvat Rumıniyanın “Panduri” klubuna qarşı keçirilən yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra həm də komandadakı durumundan danışıb:
“Bu gün rəqib qapısına yol tapmaq üçün çoxlu imkanlarımız oldu. Lakin çox təəssüf ki, onların heç birindən yararlana bilmədik. Amma əsas odu ki, gözəl oyun sərgiləyə bildik. Komandadakı durumuma gəlincə, “Bakı”da özümü yaxşı hiss edirəm. Düşərgədə hamı məni özünkü kimi qəbul etdi”. (fcBTv)