27 yanvar 2012 01:23
Afrika Millətlər Kuboku: Droqba və komandası pley-offda
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin altıncı oyun günündə daha iki görüş baş tutub.
B qrupunda ikinci turun oyunları çərçivəsində Sudan Anqola ilə üz-üzə gəlib. İlk oyununda Burkina Fasonu məğlub etmiş anqolalılar bu dəfə xal itiriblər. Belə ki, onlar iki dəfə hesabda önə keçsələr də, rəqib cavab qoluna imza ata bilib. Nəticədə, tərəflər meydandan sülhlə ayrılıblar.
Qrupun digər oyununda isə turnirə qələbə ilə başlayan Fil Dişi Sahili Burkina Faso ilə qarşılaşıb. Droqba və komanda yoldaşları bu görüşdə də qələbə qazanaraq, vadid liderliyi ələ alıblar. Nəticədə, Burkina Fasonun son oyunun nəticəsindən asılı olmayaraq, sözügedən çempionatda mübarizəni dayandıracağı halda, Fil Dişi Sahilinin pley-offa adlaması rəsmiləşib.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
B qrupu
26 yanvar
Sudan - Anqola – 2:2
Qollar: M.Bəşir, 33; 74 – Manuxo, 5; 50-pen.
Fil Dişi Sahili - Burkina Faso – 2:0
Qollar: Kalu, 16, Kone, 82-öz qapısına.
|
1
|
Fil Dişi Sahili
|
2
|
2
|
0
|
0
|
3 - 0
|
3
|
6
|
|
2
|
Anqola
|
2
|
1
|
1
|
0
|
4 - 3
|
1
|
4
|
|
3
|
Sudan
|
2
|
0
|
1
|
1
|
2 - 3
|
-1
|
1
|
|
4
|
Burkina Faso
|
2
|
0
|
0
|
2
|
1 - 4
|
-3
|
0
|
Bu gecə C qrupu çərçivəsində Niger Tunislə, Qabon isə Mərakeşlə münasibətlərinə aydınlıq gətirəcək.
