27 yanvar 2012 01:43
Qazaxlar İnterlə oyunun baş tutmamasının səbəbini açıqladılar
Qazaxıstanın “Atırau” klubu Azərbaycan təmsilçisi “İnter”lə yoxlama oyununun baş tutmamasının səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, sözügedən komandalar arasında yanvarın 25-də Türkiyənin Antalya şəhərində yoxlama matçının keçirilməsi planlaşdırılsa da, son anda bu, baş tutmamışdı.
Qazaxıstan klubunun rəsmi saytının yaydığı məlumata görə, buna səbəb həmin gün Antalyaya yağan güclü yağış olub. Məhz bu səbəbdən “İnter” həmin gün özünə başqa bir rəqib tapmalı olmuşdu. Belə ki, “bankirlər” Türkiyənin aşağı divizion təmsilçisi “Konya Şekerspor”la qarşılaşmış və 3:2 hesabıyla qələbə qazanmışdı.
“Atırau” isə bir gün sonra – yanvarın 26-da Azərbaycanın digər təmsilçisi – “Kəpəz”lə qarşılaşmalı olub. Gəncə təmsilçisi qazaxların 4:1 hesabıyla məğlub edib.
Onu da əlavə edək ki, “Atırau” bir müddət öncəd “Qəbələ” ilə qarşılaşmışdı və 2:1 hesablı qələbəyə sevinmişdi.
