27 yanvar 2012 13:58

“Azərbaycandan son üç ildəki məğlubiyyətlərin qisasını aldıq”

Futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Gennadi Lisençuk Bakıda təşkil olunan ənənəvi beynəlxalq turnirdən sonra fikirlərini açıqlayıb. Azerisport.az turnirin qalibi adını qazanan ukraynalıların çalışdırıcısının müsahibəsi ilə sizi də tanış edir.
 
- Sizin qarşıdakı turnirə hazırlığınızı analiz etsək, demək olar ki, bu qışı ikinci evinizə çevrilən günəşli Bakıda keçirdiniz...
- Bunda nəsə var (gülür). Dünya çempionatının seçmə mərhələ oyunlarının ardından biz yenə Bakıya yollandıq. Bu dəfə Azərbaycan paytatında sayca beşinci dəfə keçirilən ənənəvi turnirə qatıldıq. Hansı ki, bu turnirdə meydan sahibləri ilə yanaşı, Türkiyə və Özbəkistan da çıxış edirdi. Bakıda biz 10 gün ərzində çox gözəl təlim-məşq toplanışı keçirdik. Bunun üçün hər cür şərait yaradılmışdı. Yaşayış üçün gözəl otel, məşqlər üçün İdman Sarayı, sauna, hovuz... Bir sözlə istənilən şəraitimiz var idi. Eyni zamanda üç əla sınaqçı-rəqiblə qarşılaşdıq.
 
- Amma Türkiyə və Özbəkistan bir qədər ekzotik rəqib təsiri bağışlamırmı?
- Özbəklər Asiya çempionatının gümüş mükafatçısıdılar. Hazırda da növbəti qitə çempionatına hazırlaşırlar. Türklərə gəlincə... Bilirsiz, biz onları ilk oyun günündə 5:1 hesabıyla məğlub edəndə çoxları deyirdi ki, niyə belə az vurmusuz, daha böyük hesabla qələbə qazanmalıydız və s. Amma sonrakı oyunlarda onları heç kim məğlub edə bilmədi. Biz isə özbəkləri 2:1, meydan sahiblərini 3:2 hesabıyla yenə bildik. Belə olan halda biz Alesio da Silvanın yetirmələrindən son üç ildəki məğlubiyyətlərin qisasını da almış olduq.
 
- Siz Bakıya heç də əsas heyətlə yollanmamışdız...
- Bəzi oyunçularımız cəzalı idilər. Əvəzində biz ehtiyat qüvvəni sınaqdan keçirdik, onlara şans verdik. Deyərdim ki, bu gənclərdən çox razı qaldım. Xüsusilə də qapıçı Dmitri Likvinenko və Kiril Çipundan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.