27 yanvar 2012 16:00
Neftçinin rəqibləri müəyyənləşdi
Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin püşkatması keçirilib. Azerisport.az xəbər verir ki, Antalyada keçiriləcək turnirdə qüvvəsini sınayacaq “Neftçi”nin də rəqibləri müəyyənləşib.
Azərbaycan çempionu B qrupuna düşüb. “Neftçi” ilə yanaşı bu qrupda Ukraynanın “Metallist” (Xarkov), Polşanın “Poloniya” (Varşava) və Özbəkistanın “Paxtakor” klubları yer alıb. Digər qrupda isə Rusiyanın “Terek”, Rumıniyanın “Rapid”, Qazaxıstanın “Ordabası” və Latviyanın “Dauqava” klubları mübarizə aparacaq.
Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək. Final matçı “Antalyaspor”un ev oyunlarını keçirdiyi “Mardan” stadionunda keçiriləcək. Yarışın mükafat fondu 170 min ABŞ dollarıdı. Turnir 28 yanvar – 3 fevral aralığında keçiriləcək.
