27 yanvar 2012 16:12
Vaslui – Qarabağ matçı azərbaycanlı hakimlərə tapşırıldı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimizin bu gün idarə edəcəyi oyunların siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Həmin oyunları və hakim təyinatlarını diqqətinizə çatdırırıq:
«Karpatı» (Ukrayna) – «Yaqelloniya» (Polşa)
Orxan Məmmədov, Vaqif Musayev, Elşən Acalov
«Hayduk» (Xorvatiya) – «Austriya» (Avstriya)
Əliyar Ağayev, Munis Abdullayev, Namiq Hüseynov
«Terek-2» (Rusiya) – «Bakı-2»
Səbayel Qurbanova, Elman Musayev, Ülviyyə Mustafayeva
«Vaslui» (Rumıniya) – «Qarabağ»
Fuad Həsənov, Rza Məmmədov, Nahid Əliyev
