27 yanvar 2012 17:04
AZAL - Rəvan matçında 7 qol
Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən AZAL və “Rəvan” klubları yoxlama oyununda qüvvəsini sınayıblar. Azerisport.az xəbər verir ki, iki paytaxt təmsilçisinin qarşılaşmasından AZAL qalib ayrılıb - 5:2.
AZAL-ın qollarına Georgi Boqyu, Tales Şütz (2) və Elşən Məmmədov (2) imza atıblar.
“Rəvan”ın heyətində isə Tural Cəlilov və Amid Hüseynov fərqləniblər.
