27 yanvar 2012 18:22
Böyükağa Hacıyev: Əsas rəqibimiz Metallistdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsindəki rəqiblərini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Metallist” (Xarkov, Ukrayna), “Poloniya” (Polşa) və “Paxtakor” (Özbəkistan) hamısı güclü rəqiblərdi. Amma “Neftçi” üçün onlar arasında ən vacibi Ukrayna təmsilçisidi. İstənilən halda bütün oyunlarda meydana rəqiblərimizi məğlub etmək üçün çıxacağıq. Əks halda bu turnirdə iştirak etməyə də dəyməz”.
Sonda onu da qeyd edək ki, "Neftçi" yanvarın 29-da (Bakı vaxtı ilə saat 20:00) "Metallist", 30-da (saat 13:00) "Poloniya", fevralın 1-də isə "Paxtakor"la qarşılaşacaq.
