27 yanvar 2012 19:13
Superliqa klubunda yeni baş məşqçi
Futbol üzrə Türkiyə Superliqasında çıxış edən “Samsunspor”un yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Mesut Bakkal çalışdıracaq.
Bu barədə məlumatı klubun prezidenti Kazım Gürol Yılmaz yayıb. O, Mesut Bakkal ilə mövsümün sonuna kimi anlaşdıqlarını bəyan edib.
Qeyd edək ki, Mesut Bakkal sonuncu dəfə 2011-ci ildə “Ankaragücü”nün sükanı arxasında çalışırdı. O, “Samsunspor”da bu həftə istefaya göndərilən Vladimir Petkoviçi əvəzləyib. Samsun təmsilçisinin 17 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşdığını da qeyd edək.
