27 yanvar 2012 11:27

“Futbolçularımıza bunun üçün xarakter lazımdı”

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində legioner limitindən, Emil Mpenza və Araz Abdullayevdən, eləcə də Vaqif Cavadovun vətənə dönüşündən danışıb.

- Hazırda futbolumuzda ən çox müzakirə olunan məsələlərdən biri legioner limitidi. Siz hansı variantın tərəfdarısız?
- Əgər biz yığmamızın uğurlu çıxışını istəyiriksə, gənc oyunçularımıza imkan yaratmalıyıq. İndi bir çox gənclər klublarında ehtiyatda qalır. Belə şərtlərlə onlardan inkişaf, uğur gözləmək olmaz. Fikrimcə, AFFA İcraiyyə Komitəsi bu məsələni mütləq müzakirə edib, 7+4 sxeminə keçməlidi. Klublar da transfer məsələlərində diqqətli olmalıdılar. Qoy meydana həqiqətən ən yüksək səviyyəli legionerlər çıxsınlar.
 
- Amma yeddi legioner də az deyil...
- Məşqçiləri də başa düşmək lazımdı. Onlardan nəticə tələb olunur. Buna isə legionerlərlə nail olmaq asandı. Bizim üçün beş legioner daha uyğun olardı. Özü də bizə gələn əcnəbilər uzağı bir, ya da iki il yaxşı oyun sərgiləyə bilirlər. Əksəriyyəti öz formasını itirir və onları saxlamağa da ehtiyac qalmır.
 
- Sizcə, bunun səbəbi nədi?
- Onlar arxayınlaşırlar. Azərbaycana gəlirlər, yerli səviyyəni görürlür və hesab edirlər ki, burda onlardan tələb olunanı vermək üçün onlara əlavə əziyyət çəkməyə də ehtiyac yoxdu. Amma nə vaxt ki, onlardan daha artığını gözləyirsən, görürsən ki, həmin futbolçudan artıq əsər-əlamət qalmayıb. Onların çoxu Azərbaycana son dayanacaq gözüylə baxırlar.
 
- Təsadüfən “Neftçi”də özünü göstərə bilməyən Emil Mpenzaya işarə vurmadınız?
- Birincisi, Emil hələ “Neftçi”ni tərk etməyib. İkincisi, mən o komandada çalışanda özüm görmüşəm ki, Mpenza ümumi uğur naminə necə çalışırdı. Zədə onu çox geri saldı. Məhz ondan sonra belçikalı forvard rəqabətə dözə bilmədi. Amma o da mümkündü ki, bu futbolçuda lazımi motivasiya yoxdu.
 
- Sizin digər sabiq yetirməniz – Araz Abdullayev isə artıq Yunanıstanın “Panionios” klubunda çıxış edir...
- O, perspektivli futbolçudu. “Panionios” Araz üçün ən yaxşı variant idi. Gələcəkdə o, bu klubun əsas ulduzlarından ola bilər. “Everton” da həmin vaxt onu yenidən öz sıralarına qaytarmaq istəyəcək. Bu, artıq tam başqa Araz olacaq.
 
- Bəs Vaqif Cavadovun yenidən “Qarabağ”a dönüşünü necə qiymətləndirirsiz?
- Mən “Volqa”da nə baş verdiyini bilmədiyim üçün, nəsə deyə bilmərəm. Amma həmişə demişəm ki, xaricdə oynamaq üçün xarakter lazımdı. Başqa cür mümkün deyil. Elə bir futbolçu yoxdu ki, çətinlik görməsin. Amma xarakter hər kəsə o çətinlikləri arxada qoymağa yardımçı olur. Bizim bəzi oyunçularımız belə çətinlikləri görən kimi əşyalarını toplayıb Bakıya qaçır. Belə olmaz.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.