27 yanvar 2012 00:46
Rumınlar azərbaycanlı hakimləri aldatdılar
Rumınlar azərbaycanlı hakimləri aldadıblar. Azerisport.az xəbər verir ki, bu, Türkiyənin Antalya şəhərində baş verib.
Belə ki, ötən gün keçirilən “Bakı” ilə Rumıniyanın “Panduri” klubu arasındakı yoxlama matçının öncədən məhz Antalyada təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər tərəfindən idarə edilməsi nəzərdə tutulubmuş. Qarşılaşmanı Rövşən Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcəkmiş.
Lakin son anda rumınlar azərbaycanlı referilərdən imtina ediblər. Əvəzində sözügedən matçı başqa ölkədən olan hakimlər idarə ediblər. Azərbaycanlı hakimlərə isə bu barədə heç düzgün məlumat da verilməyə ehtiyac duyulmayıb. Belə ki, onlara matçın... yağış səbəbiylə təxirə salındığı bildirilib.
