27 yanvar 2012 20:20

Qarabağ Vaslui ilə sülh bağladı (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədə üçüncü sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qüvvəsini Rumıniyanın “Vaslui” komandasıyla görüşdə sınayıb.

Son 2 mövsüm ölkə çempionatının bürünc mükafatçısı, cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış rumınlarla oyun sülhlə başa çatıb. "Qarabağ" hesabda geri düşsə də, tezliklə rəqibə cavab verməyi bacarıb.
 
Qeyd edək ki, Ağdam təmsilçisinin Türkiyədəki ilk rəqibi Qazaxıstanın “Taras” komandası olmuşdu. Həmin görüşdə də ağdamlılar məğlubiyyətlə üzləşmişdilər – 0:1. Avstriyanın “Rid” klubu ilə görüşdə də Qurbanovun yetirmələri yenilən tərəf olmuşdu – 1:3.
 
Yoxlama oyunu
27 yanvar

Qarabağ - Vaslui - 1:1 (0:0)
 
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Zaur Həşimov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Nassir, Namiq Yusifov, Vüqar Nadirov, Georgi Adamiya, Rəşad Sadiqov, Bəxtiyar Soltanov.

Matç başladı. Oyuna "Qarabağ" başlayır
3. İlk qol epizodu komandamızdan gəlir. Adamiyanın soldan ötürməsi sonrası baxışda olan Nassirin zərbəsi dəqiq olmur
5. "Qarabağ" ilk dəqiqələrdən hücumdadı
7. "Vaslui" olduqca sərt oynayır
8. Rumınlar uzaqdan qapını yoxlayırlar
13. Meydanın mərkəzində amansız mübarizə gedir
17. Əla qol şansı: Vüqarın cərimə zərbəsini qapıçı dəf etsə də, Bəxtiyarın təkrar zərbəsi qapıdan aralı keçir
20. Adayltonun cərimə zərbəsi zəif alınır
22. Vüqarın asmasından sonra Bəxtiyar qapıya dəqiq zərbə endirə bilmir
26. Namiq də uzaqdan qapını yoxlayır
28. Nikolaenin zərbəsi Boyanda qalır
30. Yarım saat geridə qaldı. Hesab açılmayıb
35. Oyun yüksək tempdə, amma "qapısız" gedir
39. Ansinin asmasına Vüqar baş qoya bilmir
45. İlk yarı başa çatdı
46. İkinci yarıya "Vaslui" başlayır
 "Qarabağ"ın heyətində Vaqif Cavadov, İgor Jugovic və Rauf Əliyev meydana çıxıb. Bu futbolcular Adamiya, Nasser və Bəxtiyarı əvəzlədilər
47. Zaur Həşimovdan keçən hücumçuya qarşı kobudluq hakim tərəfindən penalti ilə qiymətləndirilir və rəqib hesabı açır - 0:1
50. Qoldan sonra komandamız rəqibi qapısına sıxmağı bacarır. Hücumlar getdikcə daha təhlükəli olur
52. Rauf iki müdafiəçini keçsə də, qapıçı yerindədi
54. Rəşadın ötürməsindən sonra Raufun zərbəsini müdafiçi çətinliklə qapı xəttindən çıxara bilir
56. Rəşad–Vüqar–Rauf tandemi rəqib son dəqiqələr topsuz hərəkət etdirir
58. Rəşad Sadiqova qarşı kobud oyun cərimə ilə nəticələnir. Təhlükəli ola bilər..
59. Vaqifin cərimə zərbəsini Zaur dəqiq zərbə ilə yekunlaşdırır - 1:1
6
2. Emin Ansini, gənc futbolcumuz Kamil qolun müəllifi Zauru, Nedzipi kapitan Rəşadı, İlqar Maksimi əvəzləyir
64.  Vüqarın zərbəsi qapıdan aralı keçir
66. Namiq Yusifovu Rəşad Sadıqov əvəzləyir. Rəşad kampda ilk oyununa çıxdı
69. Nedzipinin uzaq məsafədən zərbəsi qapıdan aralı keçir
71. Emin–Vaqif tandemi sol cinahda fəallığı ilə seçilirlər
75. Vüqar və Telinin yerinə gənc Eltun və Əmir meydana çıxırlar
76. İqorun zərbəsini qapıçı çətinliklə dəf edə bilir
82.  Eltun rəqibin hücumçusuna qarşı kobud oynayır
83.  Müdafiənin mərkəzində gənc Elton və Kamil soyuqqanlı oyunu ilə seçilir. Oyun meydanın mərkəzində cərəyan edir
88. Rauf zədələnir..
90. Oyun 1-1 hesabı ilə başa çatır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.