28 yanvar 2012 01:15
Afrika Millətlər Kuboku: Tunis və Qabon da pley-offa adladı
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin yeddinci oyun günündə daha iki görüş baş tutub.
C qrupunda ikinci turun oyunları çərçivəsində Niger Tunislə üz-üzə gəlib. İlk oyununda Mərakeşi məğlub etmiş tunislilər bu dəfə də nigerlilərə eyni aqibəti yaşadıblar. Nəticədə, Tunis millisi pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Qrupun digər oyununda isə turnirə qələbə ilə başlayan Qabon Mərakeşlə görüşüb. Turnirin meydan sahiblərindən biri olan qabonlular bu dəfə də qələbə qazanaraq, növbəti mərhələyə digər vəsiqəyə sahib çıxıb. Hər iki oyunda məğlub olan Mərakeş və Niger yığmalarının isə son oyundan asılı olmayaraq, turnirlə vidalaşacağı dəqiqləşib.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
C qrupu
26 yanvar
Niger - Tunis – 1:2
Qollar: Ngounou, 9 - M'Sakni, 4, Jemaa, 90.
Qabon - Mərakeş – 3:2
Qollar:Aubameyanq, 77, Kousin, 79, Mbananquayu, 90 – Xarya, 24; 90-pen.
|
1
|
Qabon
|
2
|
2
|
0
|
0
|
5 - 2
|
3
|
6
|
|
2
|
Tunis
|
2
|
2
|
0
|
0
|
4 - 2
|
2
|
6
|
|
3
|
Mərakeş
|
2
|
0
|
0
|
2
|
3 - 5
|
-2
|
0
|
|
4
|
Niger
|
2
|
0
|
0
|
2
|
1 - 4
|
-3
|
0
|
Bu gecə D qrupu çərçivəsində Botsvana Qvineya, Qana isə Maliylə münasibətlərinə aydınlıq gətirəcək.
