28 yanvar 2012 21:10
Panionios Arazsız qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Kerkyra” ilə qarşılaşıb.
Qeyd edək ki, bu oyun öncəsi “Panionios” 19 xalla 10-cu pillədə qərarlaşmışdı. “Kerkyra” isə 12 xalla 13-cü yerdə gedirdi. Bu üzdən də həmyerlimizin komandasının bu görüşdən mütləq 3 xalla ayrılması lazım idi. Əks halda bu komandanın durumu daha da ağırlaşa bilərdi. Lakin "Panionios" çətinliklə də olsa, rəqibini məğlub yola salmağı bacarıb.
Son oyunlarda start heyətində meydana çıxan Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Lakin nədənsə, baş məşqçi onu bu oyunda ehtiyatda saxlayıb.
Yunanıstan Superliqası
19-cu tur
28 yanvar
Panionios – Kerkyra - 2:0 (0:0)
Qollar: Kuqi, 72, Şembri, 88.
