30 yanvar 2012 00:10

İngiltərə Kuboku: Arsenal da növbəti mərhələdə! (YENİLƏNİB)

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk günündə 2 görüş baş tutub.

Səfərdə “Watford”la qarşılaşan “Tottenham” minimal hesabla qələbə qazanaraq, növbəti mərhələyə adlayan ilk komanda olub. “Everton” isə “Fulham”lə üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri çətin qələbə sayəsində, mərhələ adlamağa nail olub.
 
İkinci oyun günündə baş tutan görüşlərdən ikisində qalib müəyyənləşməyib. Belə ki, "Blackpool" - "Sheffield W" və "Millwall" - "Southampton" görüşləri sülhlə bitib. Bu üzdən sözügedən komandalar reqlamentə görə bir həftə sonra təkrar oyunda üz-üzə gəlməlidilər.
 
Qalan cütlərdə isə növbəti mərhələyə vəsiqənin sahiblərini bir oyunda müəyyənləşdirmək mümkün olub. Şübhəsiz ki, bu mərhələnin ən maraqlı dueli "Liverpool" - "Manchester United" oyunu idi. Meydan sahibləri bu amildən yararlanaraq, "qırmızı şeytanlar"ı mübarizədən kənarlaşdırmağı bacarıblar. "Liverpool" kimi, "Chelsea", "Bolton", "Stoke City", "Crawley", "Leicester", "Birmingham", "Stevenage", "Norwich" və "Brighton & Hove" də növbəti mərhələyə adlamağa nail olub.
 
Son oyun günündə isə "Sunderland" və "Middlesbrough" növbəti mərhələyə vəsiqənin sahibini bir oyuna müəyyənləşdirə bilməyib. Bu üzdən də sözügedən komandalar cavab oyunu keçirəcəklər. "Arsenal" isə çətinliklə də olsa, "Aston Villa" səddini keçə bilib.
 
Nəticələrlə aşağıda tanış ola bilərsiz:
 
İngiltərə Federasiya Kuboku
4-cü mərhələ
27 yanvar
 
Watford – Tottenham – 0:1
Everton – Fulham – 2:1
 
28 yanvar
 
Queens Park - Chelsea - 0:1
Liverpool - Manchester United - 2:1
Blackpool - Sheffield W - 1:1
Bolton - Swansea - 2:1
Derby County - Stoke City - 0:2
Hull City - Crawley - 0:1
Leicester - Swindon - 2:0
Millwall - Southampton - 1:1
Sheffield United - Birmingham - 0:4
Stevenage - Notts County - 1:0
West Bromwich - Norwich - 1:2
Brighton & Hove - Newcastle - 1:0
 
29 yanvar
 
Sunderland - Middlesbrough - 1:1
Arsenal - Aston Villa - 3:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.