28 yanvar 2012 14:18

“Bizə üç qardaş da deyə bilərsiniz”

Yannik Kamanan –  Viktor Mendi –  Abdulkader Kamara üçlüyünü məşq prosesində də, meydançadan kənarda da tez-tez birlikdə görmək mümkündü. Azerisport.az xəbər verir ki, fransız dili vasitəsilə rahat anlaşan futbolçuların yaxın münasibətinə xitabən “aralarından su sızmır” ifadəsini işlətsək, yəqin ki yanılmarıq. Elə Antalyadakı təlim-məşq prosesi barədə fikir öyrənərkən də trionu bir-birindən ayırmamaq qərarına gəldik.
 
- Hazırlıq prosesi necə gedir?
Y.K: Məşqlər gözəl keçir. Premyer Liqanın oyunlarına hazır olmaq üçün çox ciddi çalışırıq.  Hər şey öz axarı ilə davam edir.  Artıq yeni komandamla iki oyuna çıxmışam. İlk oyun mənim üçün biraz çətin oldu. Çünki bir-birimizi meydanda o qədər də yaxşı tanımırdıq.  Amma getdikcə aramızdakı anlaşma güclənir. Vacib matçlara iki həftəyə yaxın vaxt qalıb. Bu dövrü dəyərləndirib tam komplektləşəcəyik. 
V.M: Çox gərgin hazırlıq prosesi gedir. Yeni baş məşqçi gəldikdən sonra komandada çox müsbət dəyişikliklər baş verdi. Kollektivdə psixoloji vəziyyət dəyişib, özünəinam artıb. Təlim-məşq dönəmində də bu müsbət dinamika davam edir. 
A.K: Hazırlıqlara çox yaxşı start verdik və hər şey gözəl davam edir. İlk iki hazırlıq matçında məğlub olsaq da, komanda inamlı təsir bağışladı. Qarşıda daha 3 oyunumuz var. Bu səhvlərimizi görmək üçün gözəl şansdı. 
 
- Komanda çempionata nə dərəcədə hazırdı?
Y.K: Hazırda komandanın çempionat oyunlarına hazır olub-olmaması barədə fikir söyləyə bilmərəm. Biz bunu liqanın ilk oyununda görəcəyik. Mən bugün hazır olduğumuzu deyə bilərəm, amma vacib oyunda uduzsaq sözlərimin yanlış olduğu ortaya çıxar. Ona görə də komandanın gücünü görmək üçün çempionatı gözləməliyik. Mən hazır olduğumuzu deyə bilərəm, amma başqa bir komanda yoldaşım da mənimlə razılaşmaya bilər. Futbol komanda oyunudu. Bütün kollektiv özünü hazır hiss etdiyi zaman hazır olduğumuzu deyə bilərik.
V.M: Hazırkı təlim-məşq toplanışı çempionata hazırlaşmağımızda vacib rol oynayır. Bizim hədəfimiz var və ona nail olmalıyıq. Meydançadan kənarda deyib-gülə, əylənə bilərik. Amma meydança daxilində tam fərqli oluruq. Üzərimizə düşən məsuliyyəti anlayırıq. Biz “Qəbələ”ni təmsil edirik və bunu özümüzə və klubun adına layiq nümayiş etdirməliyik. Komanda günü-gündən gücünə güc qatır. İndiki hazırlıq durumumuz barədə konkret fikir bildirə bilmərəm. İnanıram ki, hazırlıq prosesinin sonunda tam formalaşmış “Qəbələ” görəcəksiniz.
A.K: Kamanan da komandaya qoşulduqdan sonra heyətimiz biraz da güclənib. Mən zədəmi yenicə sağaltmışam və yavaş-yavaş formaya düşürəm. İnanıram ki, yaxın vaxtlarda məni də meydançada tam hazır vəziyyətdə görəcəksiniz. O ki qaldı komandanın indiki hazırlıq durumuna buraya gəldiyimiz ilk günlə müqayisədə böyük fərq var. 
 
- Sizi bir-birinizdən çox nadir hallarda ayrı görmək mümkündü. Bu dostluq nədən qaynaqlanır?
Y.K: Mendi və Kamara çox çılğın insanlardır. Bir böyük kimi onların qeydinə qalmalıyam (gülürlər). Hər zaman hansısa kluba gedəndə orada özünə yaxın bir neçə futbolçu tapırsan. Mendi il Kamara məhz belə futbolçulardandır. Eyni dildə danışırıq. Mənim bütün futbolçularla əla münasibətim var. Onlar məni ilk gündən çox xoş qarşıladılar.  Düşərgəmizdə super atmosfer var. Komandadakı bütün futbolçularla dil tapa biliəm. Kimisi ilə ingiliscə, kimisi ilə fransızca, kimisi ilə də türkçə anlaşırıq.
V.M: Mənim kollektivdəki bütün futbolçularla münasibətim yaxşıdı. O ki qaldı Kamananla Kamaraya fransızdilli olduğumuz üçün rahat anlaşırıq.  Biz burada kiçik ailə kimiyik. 
A.K: Onlar mənim qardaşlarımdı. Yaxın münasibətlərimiz var. Bizə 3 qardaş da deyə bilərsiniz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.