28 yanvar 2012 14:36
AFFA Sinqapuru da yığmamıza rəqib etdi
Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 24-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində millimiz Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, millimizin fevralın 29-da Dubayda Fələstin, mayın 30-da Almaniyanın Frankfurt şəhərində Andorra, iyunun 5-də isə Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcəyi barədə daha əvvəl xəbər vermişdik.
