28 yanvar 2012 14:44
Julius Vobay Misir çempionatında
“Xəzər Lənkəran”ın futbolçusu Julius Vobay karyersanı Azərbaycandan kənarda davam etdirəcək. Azerisport.az xəbər verir ki, Sierra Leonedən olan futbolçu Misirdə çıxış edə bilər.
Məlumata görə, Vobay ərəb ölkəsinin üç ən güclü klubundan biri ilə anlaşb. Hazırda danışıqlar davam edir.
Qeyd edək ki, Vobay “Xəzər Lənkəran”la yeni müqavilə ilə bağlı razılığa gələ bilmədi. Onun “Neftçi” və “Bakı”da ilə danışıqları da uğursuz alınıb. Bu üzdən də futbolçu ölkəmizdən getməyə qərar verib.
