28 yanvar 2012 15:00
Qarabağ baxışa çağırdığı futbolçuların hamısından imtina etdi
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən Rumıniya “Vaslui” klubu ilə yoxlama oyunu keçirən komanda bu günə yenə 2 məşq planlaşdırıb.
İlk məşq 11:00-da baş tutub. Axşam məşqi isə 18:00-da olacaq. Komandada İstanbulda müalicə olunan Əfran İsmayılov və Qara Qarayevlə yanaşı daha bir futbolçu sıradan çıxıb. Eyni səbəbdən “Vaslui” ilə oyunu buraxan Fərhad Vəliyev 3-4 gün “dincəlməli” olacaq.
Bu arada komandanın düşərgəsinə baxışa gələn legionerlər geri göndərilib. Dmitri Rekiş “Rid”lə oyundan sonra yola salınmışdısa, onunla birgə gələn İqor Juqoviç və dünənki 1 oyunda yoxlanılan Nasser Minassel geri göndərilib.
