28 yanvar 2012 15:14
Qurban Qurbanov: Hələ çatışmazlıqlar qalır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rumıniyanın “Vaslui” klubu ilə yoxlama matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun həqiqətən yaxşı alındı. Xüsusilə ikinci hissə çox yüksək tempdə keçdi. Biz komandaların ifasında mеydanda çox şey gördük. Hər gün plan üzrə hazırlıqlarımızı davam etdiririk. Çatışmazlıqlar hələ də var və olacaq. Çünki futbolçuların hazırlıq templəri də fərqlidi. Bəziləri hazırlıqlara tez başlamışdı, bəziləri gec. Baxışda olan futbolçulara gəlincə, onların ilk baxışdan mənim xoşuma gəldiyini deyə bilmərəm. Ola bilər ki, yenə şans verək, yaxud da geri qaytaraq”.