28 yanvar 2012 18:49

Kəpəz Polşa klubunu da yendi (YENİLƏNİB)

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Gəncə təmsilçisinin bu dəfəki rəqibi Polşa klubu olub.
 
Belə ki, “Kəpəz” “Qurnik” klubu ilə qarşılaşıb. Fuad İsmayılov yetirmələrini bu dəfə daha güclü komanda ilə sınaqmaq qərarına gəldiyidən rəqib kimi Polşa klubu seçilib. Qarşılaşmada daha yaxşı təsir bağışlayan Gəncə klubu inamlı qələbəyə sevinib.
 
Qeyd edək ki, “Qurnik” 17 turdan sonra 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, “Kəpəz” ilk yoxlama oyununda Qazaxıstanın “Atırau” klubunu 4:1 hesabı ilə yenmişdi.
 
Yoxlama oyunu
28 yanvar
 
Kəpəz - Qurnik - 3:1 (1:1)
 
"Kəpəz"in start heyəti: Elşən Poladov, Azər Məmmədov, İvan Arabaci, Şahin Alhüseynov, Pərvin Paşayev, Nikolay Svejentsev, Sabiq Allahquliyev, Dmitri Parxaçov, Ceyhun Sultanov, Yuri Fomeno.
 
Matç başladı
S.Allahquliyevə C.Sultanovun ötürməsini qapıya göndərməyə azacıq dəqiqlik çatmadı
Sultanovun zərbəsi qapıdan azacıq yan keçir
25-ci dəqiqədə Dmitri Parxaçov hesabı açır - 1:0
Lakin 10 dəqiqə sonra polşalılar cavab qolunu vururlar - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən dərhal sonra Fomenko qol vurmağa yaxın olsa da, ona azacıq dəqiqlik çatışmır
58-ci dəqiqədə isə Fomenko istəyinə çatır və komandasını hesabda önə keçirir - 2:1
Oyun demək olar ki, tək qapıya gedir
Sultanov qol vurmaq şansını qaçırır
Lakin 80-ci dəqiqədə Ceyhun da istəyinə çatır və gözəl zərbə ilə hesab arasındakı fərqi artırır - 3:1
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.