28 yanvar 2012 15:39
Neftçi Flavinyosuz qaldı
Yanvarın 29-da “Neftçi” Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsində ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, sabah Azərbaycan çempionunun rəqibi Ukraynanın “Metallist” (Xarkov) klubu olacaq.
Lakin böyük ehtimalla “Neftçi” bu oyuna ciddi itki ilə çıxacaq. Belə ki, komandanın lideri Flavinyonun bu matçda iştirakı sual altındadı.
Məsələ burasındadı ki, Premyer Liqamızın ən yaxşı legionerinin ailəsində problemlər çıxıb. Bu üzdən Flavinyonun nəinki ilk oyunu, hətta bütün turniri buraxması istisna deyil.
