28 yanvar 2012 15:54

Rəşad Abdullayev: Bundan bizə heç bir fayda gəlməzdi

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibibəsində komandasının Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirdəki şanslarını dəyərləndirib. Hansı ki, komandamız turnirin ilkin mərhələsində Ukraynanın "Metallist", Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer alıb.
 
- Etiraf edək ki, “Neftçi” kifayət qədər çətin qrupa düşdü. Siz, qrupunuzu necə dəyərləndirərdiz?
- Artıq püşk atılıb və heç nəyi dəyişmək olmaz. Bizə hər oyunda sona kimi döyüşmək qalır. Bu rəqiblərin necə güclü olduğunu yaxşı bilirik. “Paxtakor”un “Xəzər Lənkəran”da olduğum dövrdə “Birlik Kuboku”nda bizə qarşı necə döyüşdüyü yaxşı yadımdadı. “Metallist” haqda çox danışmağa da dəyməz. Bu komanda “Şaxtyor” və “Dinamo”dan sonra Ukraynanın ən yaxşısıdı. Polşa futbolunun da artıq reklama ehtiyacı yoxdu. Odu ki, çox güclü qrupa düşmüşük və bizi çətin oyunlar gözləyir.
 
- Baş məşqçiniz Böyükağa Hacıyevlə də danışdıq və etiraf etdi ki, əvvəlki günlərdə sizi çox yükləyib...
- Belə lazım idi. Əks halda bizi daha çətin oyunların gözlədiyi ölkə çempionatına necə hazır ola bilərdik? Yüklənməni biz yoxlama matçlarında hiss etdik. Həmin oyunlarda da bizim üçün nəticə yox, futbolçular arasında anlaşma önəmliydi. Almaniya “Dinamo”su (Drezden, 0:1), Qazaxıstan “Aktobe”si (1:1), Bolqarıstan “Beroe”si (1:1) ilə oyunlar bizə öz səhvlərimizi görmək və onlar üzərində işləmək imkanı yaratdı.
 
- Beynəlxalq turnir öncəsi baş məşqçi sizə iki günlük istirahət verdi. Sirr deyilsə, bundan necə yararlandınız?
- Seçim sərbəst idi. Futbolçulara evə ailəsinin yanına getmək imkanı da yaradılmışdı, Türkiyəni gəzməyə də. Uşaqların əksəri mən də daxil olmaqla Antalyanı gəzməyə üstünlük verdi. İstirahət edib, əyləndik. Bir qədər yüklənmənin ağırlığını üzərimizdən atmış olduq.
 
- Kadırov turniri təkcə idman prinsipləri baxımından yox, həm də maddi baxımdan yaxşı qazanc imkanı yaradır. Hansı ki, turnirin mükafat fondu 170 min dollardı...
- Bu, peşəkar idmançı üçün əlavə stimuldu. İstənilən uğur bizə ikiqat fayda verir. Bu, həm idman baxımından önəmlidi. Azərbaycan futbolunu təmsil edirik. Həm də maddi baxımdan qazanmaq mümkündü.
 
- Flavinyonun yoxluğu təsirini göstərə bilər?
- O, komandanın əsas liderlərindən biridi. Təbii ki, yoxluğu hiss olunacaq. Amma əvəzində bu,digər futbolçulara özlərini göstərmək imkanı yaradacaq.

- Yoldaşlıq oyunlarında komandanızın ən yaxşılarından biri idiniz, vurulan hər iki qolun müəllifi oldunuz...
- Özü də hər iki qolu Slavço Georgiyevskinin ötürməsi nəticəsində vurdum. Amma qazaxlara daha iki qol vura bilərdim.
 
- Yeri gəlmişkən, Premyer Liqanın digər klublarının hazırlığını izləyirsiz?
- Biz onlarla, onlar bizimlə maraqlanırlar. Məsələn, bizim oyunumuzu “Bakı”nın nümayəndələri izlədilər. Hamı bilir ki, final mərhələsi çox gərgin keçəcək.

- Ötən qış toplanış zamanı “Neftçi” heç bir oyunda uduzmamışdı. Bu dəfə isə heç bir oyunda qələbə qazana bilmir. Bu, çempionatda özünü göstərə bilməz ki?
- Öncədən nəsə demək olmaz. Əsas odu ki, güclü komandalara qarşı oynayırıq, öz səhvlərimizi görürük. Əlbəttə, daha zəif rəqiblər seçib onları məğlub etmək də olardı. Amma bundan bizə heç bir fayda gəlməzdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.