28 yanvar 2012 16:12
“Dinamo Neftçiyə məğlubiyyətin səbəbini özündə axtarmalıdı”
”Neftçi”nin əvəzedicilərdən ibarət komandasının üzvü Emin Mehtiyev Moskva “Dinamo”su ilə keçirdikləri yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesablı qələbə qazandıqları görüş ətrafında gəzən söz-söhbətlərə münasibətini açıqlayıb:
“Bu, adi bir yoxlama oyunu idi. Həmin görüşdə biz daha yaxşı oynadıq, nəinki rəqib. Nəticədə qələbə qazandıq. Bu görüşdəki yeganə qolu da vurmaq mənə nəsib oldu. Amma oyundan sonra Moskva klubunun hakimliyin “Neftçi”nin tərəfində olması barədə dediklərini eşidib çox təəccübləndim. “Neftçi” həmin oyunda “Dinamo”dan daha güclü idi və layiqli qələbə qazandı. Onlara sadəcə bir şeyi demək istərdim: məğlubiyyətin səbəbini özlərində axtarsınlar. Başqa şeylərdə səbəb axtarmaq lazım deyil”.