28 yanvar 2012 19:09
Yığmamız Norveç klubu ilə də bacarmadı
Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün son yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Norveçin “Fredrikstad” klubu ilə qarşılaşıb.
Oyunda hesab açılmayıb – 0:0.
Xatırladaq ki, yığmamız bu toplanış çərçivəsində keçirdiyi əvvəlki yoldaşlıq oyunlarını da heç-heçə başa vurmuşdu. Yanvarın 23-də Macarıstanın U-21 yığmasına, 3 gün sonra isə “Ferentsvaroş” klubuna qarşı keçirilən oyunlar 1:1 hesabı ilə yekunlaşmışdı.
