28 yanvar 2012 19:20
Xəzər Lənkəran yeni transferindən imtina etdi
“Xəzər Lənkəran” yeni transferlərindən biri ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu malili hücumçu Siriman Maqassouba ilə vidalaşıb.
Buna səbəb futbolçunun fiziki durumunun yaxşı olmaması göstərilib. Tibbi müayinədən sonra “Xəzər Lənkəran” ondan imtina edib.
Digər iki malili futbolçu – Tounkara Sadio və Salif Ballo isə komandada saxlanılıb.
