28 yanvar 2012 21:02
Neftçinin rəqibləri ilk oyununa çıxdı
Bu gündən etibarən Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə son ölkə çempionu “Neftçi” təmsil edir.
Komandamız Ukraynanın "Metallist", Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə B qrupunda yer alıb. "Neftçi" ilk oyununu sabah - yanvarın 29-da (Bakı vaxtı ilə saat 20:00) Ukraynanın "Metallist" (Xarkov) klubuna qarşı keçirəcək.
Bu gün isə sözügedən qrupda artıq ilk oyun baş tutub. Polşanın "Poloniya" klubu Özbəkistan "Paxtakor"uyla qarşılaşıb və qələbə qazanıb – 2:1.
