28 yanvar 2012 00:17
Qəbələ yenə iktilərlə hazırlaşır
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” ötən gün iki məşqlə təlim-məşq toplanışının 8-ci gününü yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, komanda günün ilk yarısında “Gloria Serenity” otelinin fitness zalında fiziki çalışmalar yerinə yetirib.
Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli Vurğun Hüseynov və icazəli Deon Bartondan başqa bütün futbolçular iştirak ediblər.
Komanda bu gün də hazırlıq toplanışını iki məşqlə davam etdirəcək.
