28 yanvar 2012 00:12
Qarabağ forvardının xidmətindən məhrum ola bilər
Ötən gün Türkiyənin Antalya şəhərində Rumıniyanın “Vaslui” klubuna qarşı keçirilən yoxlama matçı “Qarabağ”a baha başa gəlib. Azerisport.az xəbər verir ki, ağdamlılar 1:1 hesabıyla başa çatan görüşün son dəqiqələrində komandanın aparıcı hücumçusu Rauf Əliyevin zədələnməsinə üzülüblər.
Millimizin də şərəfini qoruyan hücumçu bu üzdən sözügedən görüşü başa çatdıra bilməyib. O, meydanı oyundaşlarından erkən tərk etməli olub.
Raufun zədəsinin hələlik nə dərəcədə ciddi olması dəqiq bilinmir. Əliyevin durumuna bu gün aydınlıq gəlməlidi.
