28 yanvar 2012 00:24
İnterin Antalya toplanışı (FOTOREPORTAJ)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “bankirlər” plana uyğun olaraq, gün ərzində iki dəfə məşq edir.
Kaxaber Tsxadadzenin yetirmələri ötən gün də səhər məşqində topla hərəkətlər və ikitərəfli oyun keçiriblər. Axşam məşqində demək olar ki, eyni proses təkrarlanıb. Bu gün isə "İnter" Ukraynanın "Volın" komandasıyla yoldaşlıq matçı keçirəcək. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.
