28 yanvar 2012 00:46
Qəbələ Rumıniya və Ukrayna klubları ilə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını davam etdirən “Qəbələ” klubu daha iki yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, “Qəbələ” yanvarın 29-da Ruminiyanın “Vitorul Konstanta” klubu ilə qarşılaşacaq.
Bundan iki gün sonra - yanvarın 31-də isə Fatih Kavlakın komandası Ukraynanın “Obolon” klubu üz-üzə gələcək.
Xatırladaq ki, "Qəbələ" Türkiyədəki ilk sınaq matçını Qazaxıstanın “Atırau” klubuna qarşı keçirmişdi – 1:2. Fatih Kavlakın komandası növbəti matçında Ukraynanın “Krivbass” klubuna da eyni hesabla (1:2) məğlub olmuşdu.
