28 yanvar 2012 00:37
Neftçi məkanını dəyişib, məşqləri bərpa etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" iki günlük fasilədən sonra hazırlığı bərpa edib. Azerisport.az xəbər verir ki, "Mardanspor"u "Atlantis" otelinə dəyişən komanda ötən gün bir məşqlə kifayətlənib.
Futbolçular baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçən hazırlıq prosesində həvəslə çalışıblar.
Qeyd edək ki, bu gün də məşqlərlə kifayətlənəcək “flaqman” yanvarın 29-da Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 20:00-da Ukraynanın "Metallist" klubu ilə görüşəcək.
