29 yanvar 2012 01:07
Abışov: Azarkeşlər maraqlı oyunun şahidi olacaqlar
"Təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərin tapşırığını həvəslə yerinə yetiririk". Azerisport.az xəbər verir ki, bu sözlər "Neftçi"nin futbolçusu Ruslan Abışova məxsusdu.
Müdafiəçi komandanın Antalyada keçirdiyi hazırlıq prosesi ilə bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etməyə hazırlaşırıq. Bildiyiniz kimi, ilk rəqibimiz Xarkovun "Metallist" klubu olacaq. "Metallist" hazırda əla heyətə malikdi. Bu komanda artıq nəinki Ukraynanın, Avropanın da güclü klublarından hesab olunur. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar".
